Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib
DataLife Engine > tehsil > ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib

ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib


8-11-2018, 19:17. Разместил: heqiqet
ADA Universiteti Dövlət Bayrağı Gününü qeyd edib ADA Universitetinin müəllim və tələbə heyəti Dövlət Bayrağımızın 100 illiyini qeyri-adi şəkildə qeyd edib.
Universitetdən verilən məlumata görə, həftənin sonuncu iş gününün səhəri ali təhsil ocağında Tələbə Mərkəzinə toplaşan Universitet icmasının üzvlərinin dövlət himnini birgə oxumasıyla başlayıb.
Daha sonra müəllim və tələbələr hər bir azərbaycanlı üçün müqəddəs atributa çevrilən bayrağın yüksəkliyə qaldırılarkən hansı hisslər yaşatdığını eşitmək üçün kürsüyə güləş üzrə dünya çempionu Ruslan Çunayevi dəvət ediblər. O, beynəlxalq idman yarışlarında zirvəyə doğru keçdiyi çətinlikləri təsvir edərkən, bildirib ki, Azərbaycan dövlət himninin sədaları altında dövlət bayrağımız qalxanda aldığı bütün zədələri və əziyyətləri unudur: “Hər insan işinin çempionu olmalıdır. Tələbələrə tövsiyyəm budur ki, həm dərslərdə, həm də dostlarla diqqətli olsunlar, çevrələrini düzgün seçsinlər ki, öz sahələrində qələbə çalmağa onlara heç bir şey mane olmasın.”
İdmançının bu fikirləri ilə razılaşan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bayram toplantısında vurğulayıb ki, Azərbaycan Respublikasının dövlət bayrağını idmançılarla yanaşı, alimlər və o cümlədən, tələbələr də qaldırır: “Günü-gündən möhkəmlənən müstəqilliyimizin qürur mənbəyi olan Azərbaycan Dövlət Bayrağını ADA Universiteti tələbələri bir sıra beynəlxalq konfranslarda, yarışlarda dalğalandırıblar. Biz də, elm sahəsində bu bayrağın hər zaman ön sırada getməsi üçün əlimizdən gələni etməliyik.” Tədbir zamanı Universitet tələbələri dövlət bayrağının tarixi və kimliyimiz üçün əhəmiyyəti barədə fikirləri ilə bölüşüblər. Qeyd olunub ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Xalq Cümhurriyyətinin Nazirlər Şurasının qəbul etdiyi milli atributun Azərbaycan xalqına qaytarılması ümumilli lider Hedyər Əliyevin təşəbbüsü olub. Naxçıvanda Azərbaycanın siyasi dirçəlişini başladarkən Heydər Əliyev 1990-cı ilin noyabrın 17-də Muxtar Respublikanın dövlət bayrağı kimi məhz bu bayrağın qəbul edilməsini təklif edib. 1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə noyabrın 9-u Azərbaycan Dövlət Byarağı Günü kimi qeyd olunur. Gənclər bayrağı öz qanı hesabına yüsəklərdə saxlayan şəhidlərimiz və həbriçilərimizi də yad edb. Universitet icması Dövlət Bayraq Gününün gələcəkdə Şuşada və bütün azad olunmuş Azərbaycan torpaqlarında qeyd olunması arzusunu ifadə ediblər.
Üçrəngli qürurumuzun 100 illiyinin qeyd olunması ADA Universitetində ali təhsil ocağının xarici məzunlarının Azərbaycan Dövlət Bayrağı ilə öz ölkələrində çəkdiridyi şəkillərdən ibarət xüsusi fotosərgi ilə davam edib.

Вернуться назад