Vətəndaşlara pulsuz tinglər paylanılacaq
8-11-2018, 19:19. Разместил: heqiqet

Nazirlikdən verilən məlumata görə, aksiya noyabrın 9, 12, 17-də saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək.
Aksiya zamanı müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq, ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr veriləcək.
Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyada fəal iştirak etməyə çağırır.
Вернуться назад