Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkarlanıb
DataLife Engine > sehiyye > Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkarlanıb

Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkarlanıb


19-02-2019, 17:42. Разместил: heqiqet
Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkarlanıb "Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir"
Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, ölkəmizdə 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib.
"Qış mövsümü hələ davam etdiyi üçün qripə yoluxmaların olması gözləniləndir. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qrip virusu ilə bağlı vəziyyət yaxından izlənilir. Simptomları olan insanların bir qismindən alınan qan nümunələrində qrip virusunun olub-olmamasına baxılır və bu barədə hər həftə "Flunet"ə (qriplə bağlı vəziyyəti müşahidə edən qlobal sistem) məlumat ötürülür. Bu məlumatlar www.who.int/flunet ünvanından əldə edilə bilər. Azərbaycanda bu ilin 4 və 5-ci həftələrində 17 nəfərdə A tipli qrip xəstəliyi aşkar edilib. Bu, gözləniləndən artıq deyil”,- deyə Hande Harmancı qeyd edib.

Вернуться назад