Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Demə
DataLife Engine > yazarlar > Demə

Demə


4-04-2019, 15:05. Разместил: heqiqet
Demə

Arif Musa,
şair


Demə

İllər keçir, yaşım üstə yaş gəlir,
Qadan alım, yeddi dəfə on demə.
Xatirəli günlərimiz öndədir,
Keçən günə, ötən çağa son demə.

Mən ömrümün son anına çatınca
Həyat eşqim sönən deyil, bilirəm.
Bundan sonra nura dönsə həyatım,
Ötən günlər dönən deyil, bilirəm.

Möcüzədi, sirdi, deyə bilmərəm,
Bu keçdiyim yollar məni yormadı.
Arzularım ürəyimdə qalsa da,
Ümidimin çiçəkləri solmadı.

Soyuq baxışların sevən qəlbimin
Odunu söndürüb, buz edə bilməz.
Həsrətin sınağa çəksə də məni,
Bu sevgi qəlbimdən, bil, gedə bilməz.





Вернуться назад