Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > İtaliya bankı Almaniya bankını almaq istəyir
DataLife Engine > iqtisadiyyat > İtaliya bankı Almaniya bankını almaq istəyir

İtaliya bankı Almaniya bankını almaq istəyir


5-04-2019, 12:38. Разместил: heqiqet
İtaliya bankı Almaniya bankını almaq istəyir İtaliyanın "UniCredit” bankı Almaniyanın "Commerzbank”nı almaq istəyir.
Bununla bağlı təklif yalnız "Commerzbank” ilə "Deutsche Bank” arasındakı danışıqlar nəticəsiz qalacağı təqdirdə, irəli sürüləcək.
Məlumata görə, "UniCredit” "Commerzbank”ı aldıqdan sonra onu bir qədər əvvəl səhmlərini əldə etdiyi Almaniyanın "Hypo Vereinsbank” bankı ilə birləşdirmək barədə düşünür.
"UniCredit”in "Commerzbank”a müştəri düşməsi barədə xəbərlər "Deutsche Bank”la gözlənilən oxşar sövdələşmənin dalana dirənməsilə üst-üstə düşüb. Ötən gün "Reuters” agentliyi Almaniya hökumətinin "Commerzbank”dakı payını sözügedən sövdələşmədən əvvəl satacağı təqdirdə, 4 milyard dollara yaxın zərərə düşəcəyini yazıb. Bundan başqa, 10 milyard avroya qədər əlavə vəsait cəlb etməsi gözlənilən bu sövdələşməyə dövlət vəsaitlərini cəlb etmək istiqamətində hər hansı cəhdlərin bundestaq tərəfindən əngəllənəcəyi deputatlar tərəfindən maliyyə naziri Olaf Şoltza bildirilib. Qarşıdakı çərşənbə axşamı "Commerzbank”ın İdarə Heyətinin "Deutsche Bank”la danışıqları davam etdirib-etdirməmək barədə qərar verəcəyi gözlənilir.

Вернуться назад