Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb
DataLife Engine > hadise, gundem > Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb

Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb


7-06-2019, 12:16. Разместил: heqiqet
Abşeronda 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb Polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində 6 il əvvəl törədilmiş cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin dekabr ayında Y. Əliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs avtomobilin təhlükəsizlik kəmərini onun boğazına keçirib boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E. Çərkəzov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Вернуться назад