Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Qonşu ölkədən meyvə ixracı azalır
DataLife Engine > iqtisadiyyat > Qonşu ölkədən meyvə ixracı azalır

Qonşu ölkədən meyvə ixracı azalır


24-06-2019, 11:59. Разместил: heqiqet
Qonşu ölkədən meyvə ixracı azalır Bu il İranın meyvə ixracı azalacaq.
Bunu İranın Kənd Təsərrüfatı Məhsulları Milli Birliyinin sədri Rza Nurani deyib.
R.Nuraninin sözlərinə görə, İranın göyərti və tərəvəz məhsullarının ixracı isə artacaq:
"Kənd təsərrüfatı məhsulları xüsusi soyuducularla təchiz olunmuş münasib nəqliyyat xidmətindən məhrumdur. Bu məsələ ixrac bazarının inkişafının qarşısını alır. Yerli və xarici bazarlarda kənd təsərrüfatı məhsulları ilə bağlı tarazlığın yaradılması məhsul ixracı ilə əlaqədar infrastrukturların inkişaf etdirilməsini tələb edir”.
Bilrik sədrinin sözlərinə görə, dəfələrlə bir məhsulun qiymətinin bahalaşması təsərrüfatçıları həmin məhsulu həddindən artıq yetişdirməyə məcbur edib. Lakin məhsulun bazara axını ilə qiymətlər ucuzlaşıb və sonda təsərrüfatçılar zərərlə üzləşiblər.
Qeyd edək ki, İranda bu il 45 milyon tondan çox kənd təsərrüfatı məhsulunun istehsal olunacağı proqnoz edilir.

Вернуться назад