Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar
DataLife Engine > idman > Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar

Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar


7-08-2019, 17:51. Разместил: heqiqet
Türkiyə və Rusiya klubları mübarizəyə başlayırlar Bu gün avrokuboklarda III təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Çempionlar Liqasında 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.
Türkiyəni təmsilçisi "Başakşəhər" də ÇL-in təsnifat mərhələsində ilk oyununa çıxacaq. İstanbul təmsilçisi Yunanıstanın "Olimpiakos" kollektivini qəbul edəcək.
Ötən mövsüm Rusiya Premyer Liqasını 3-cü pillədə başa vuran "Krasnodar" da ilk matçını evdə keçirəcək. Komanda Portuqaliyanın "Portu" klubunun müqavimətini qırmağa çalışacaq.
Avropa Liqasındakı yeganə oyunda isə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzan (1:1, 3:0) İrlandiya "Dundalk"ı Slovakiyada "Slovan"ın qonağı olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar

7 avqust
21.00 Krasnodar (Rusiya) - Portu (Portuqaliya)
21.45 Başakşəhər (Türkiyə) - Olimpiakos (Yunanıstan)
22.00 Bazel (İsveçrə) - LASK (Avstriya)
22.00 ÇFR (Rumıniya) - Seltik (Şotlandiya)
22.15 Maribor (Sloveniya) - Rusenborq (Norveç)

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun

7 avqust
22.15 Slovan (Slovakiya) - Dundalk (İrlandiya)

Вернуться назад