Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Müğənni Zemfira İbrahimova cərimələndi - Yol polisi reyd keçirdi - VİDEO
DataLife Engine > sou > Müğənni Zemfira İbrahimova cərimələndi - Yol polisi reyd keçirdi - VİDEO

Müğənni Zemfira İbrahimova cərimələndi - Yol polisi reyd keçirdi - VİDEO


13-08-2019, 22:20. Разместил: heqiqet
Müğənni Zemfira İbrahimova cərimələndi - Yol polisi reyd keçirdi - VİDEO Yol polisi Yasamal rayonunda reyd keçirib.
Rayon poilis idarəsinin yol polis şöbəsinin əməkdaşları Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı reyd keçirib. Məqsəd rayon ərazisində piyadaların təhlükəsizliyini təmin etməkdir.
Polisin ərazidə xidmət aparmasına baxmayaraq bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib. Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.
Qeyd edək ki, səkidə park edilən avtomobillərə görə bir çox piyada yolun hərəkət hissəsinə çıxaraq gedib. Bu da piyadaların vurulması riskini yaradır. Xidmətdə olan polislər təhlükəsizliyi təmin etmək məqsədi ilə piyadalara qarşı da tədbirlər görüb. Qanunsuz yerdən keçən piyadalar saxlanılaraq onlara törətdikləri inzibati xəta izah edilib.
Yasamal rayon yol polis şöbəsinin rəis müavini Emil Seyidov deyib ki, mütəmadi keçirilən reyddə məqsəd yol hərəkəti iştirakçılarını cərimələmək yox, onları maarifləndirməkdir.
Qeyd edək ki, reyd zamanı 10-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.


Вернуться назад