DataLife Engine > dunya > Yaponiyaya yeni qasırğa yaxınlaşır

Yaponiyaya yeni qasırğa yaxınlaşır


14-08-2019, 01:31. Разместил: heqiqet Yaponiyaya yeni qasırğa yaxınlaşır Bu il sayca onuncu qasırğa olan “Krosa” Yaponiyanın cənub-qərb sahillərinə yaxınlaşır.
Hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.
Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.
Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb.
Вернуться назад