DataLife Engine > idman > UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq

UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq


2-10-2019, 14:47. Разместил: heqiqet UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq Oktyabrın 2–də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün qrup mərhələsinin II turunda daha səkkiz qarşılaşma oynanılacaq.
Gün ərzində E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Sonuncu çempion "Liverpul” öz meydanında Avstriyanın "Zaltsburq” komandasını qəbul edəcək. Qrup mərhələsində oynanılacaq digər qarşılaşmalar aşağıdakılardır:
E qrupu:
"Genk” (Belçika) – "Napoli” (İtaliya);
"Liverpul” (İngiltərə) – "Zaltsburq” (Avstriya).
Birinci turdan sonra qrupdakı "Napoli” və "Zaltsburq” komandalarının 3 xalı var. "Genk” və "Liverpul” klubları ilk oyunda uduzublar.
F qrupu:
"Slaviya Praqa” (Çexiya) – "Borussiya Dortmund” (Almaniya);
"Barselona” (İspaniya) – "İnter” (İtaliya).
Qrupda yer alan komandaların - "Slaviya Praqa”, "Borussiya Dortmund”, "Barselona” və "İnter” komandalarının 1 xalı var.
G qrupu:
"Leyptsiq” (Almaniya) – "Lion” (Fransa);
"Zenit” (Rusiya) – "Benfika” (Portuqaliya).
Bu qrupa 3 xalla "Leyptsiq” komandası başçılıq edir. "Lion” və "Zenit” klublarının 1 xalı var, "Benfika”nın aktivində xal yoxdur.
H qrupu:
"Lill” (Fransa) – "Çelsi” (İngiltərə);
"Valensiya” (İspaniya) – "Ayaks” (Hollandiya).
"Ayaks” və "Valensiya” klublarının 3 xalı var. "Çelsi” və "Lill” komandaları isə ilk oyunda uduzublar.
Вернуться назад