Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/heqiqet/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > 15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı
DataLife Engine > hadise > 15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı

15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı


9-10-2019, 10:43. Разместил: heqiqet
15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı Bakıda 15 gün əvvəl daş karxanasının qarşısında koma vəziyyətində aşkar edilən şəxs xəstəxanada ölüb.
Hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığındakı daş karxanasının qarşısında baş vermişdi.
Sentyabrın 25-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.
Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Araşdırmalar zamanı komatoz vəziyyətdə olan şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilmişdi.
İlkin araşdırma zamanı məlum olub ki, Y.Bayramov daş karxanasında dəmir darvazanı açarkən darvaza aşaraq ona dəyib. Nəticədə o, koma vəziyyətinə düşüb.
Y.Bayramov oktyabrın 7-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.

Вернуться назад