DataLife Engine > sosial > Aslan biləkli Famil Nəsirov

Aslan biləkli Famil Nəsirov


6-11-2019, 20:01. Разместил: heqiqet Aslan biləkli Famil Nəsirov Azərbaycanın güləş tarixində onun misilsiz yeri var...

İdman həm də bir dövlət işidir. Bu işin öhdəsindən uğurla gələnlər dövlətçiliyimizə töhfə verir, yüksəlişə imza atırlar. Belə şərəfli insanlardan, fenomen idmançılardan biri də Azərbaycan idmanının fəxri Nəsirov Famil Hilal oğludur.
Nəsirov Famil Hilal oğlu, özünün dediyi kimi, 11 yaşından Şəki şəhərində idmanın güləş növü ilə məşğul olmağa başlayıb. Məşqçi Əyyubov Kazım Seyid oğlunun rəhbərliyi altında 7 il idmanın bu növündə müəyyən təcrübə toplayıb. Bu müddət ərzində o, rayon çempionatlarında iştarak edib, respublika yarşlarında qüvvə və bacarığını sınayıb, ardıcıl üç dəfə respublika çempionu olub. İdmana olan həvəsi onu respublikamızdan kənarda keçirilən yarışlara da istiqamətləndirib, o, SSRİ yarışlarında da səylə iştirak edib, doqquz dəfə SSRİ çempionu olub. Və bütün bu nailiyyətlərin qazanılmasında əlbəttə ki, məşqçi Əyyubov Kazım Seyid oğlunun xüsusi zəhməti, gərgin əməyi var. Əslində, hər bir məşqçi öz yetirməsinin qələbəsinə ondan daha çox sevinir. Bu mənada, etiraf edək ki, Famil Nəsirovun qazandığı nailiyyətlər məhz Kazm Əyyubovun nailiyyətləri hesab olunur.
Aslan biləkli Famil Nəsirov
Famil Nəsirov idman sahəsindəki peşəkarlığını dünyada da sübut etmək üçün Dünya çempionatlarında da iştirak edib, üçqat dünya çempionu olub. İllər ötdükcə, onun idman təcrübəsi daha da artıb və o, ard-arda əvvəlcə yeddi, sonra isə doqquzqat dünya çempionu tituluna yiyələnib. Bundan ötrü də, təbii ki, böyük əmək sərf edib, daim məşq hazırlığında olub, bir sözlə, ona göstərilən etimadı doğrultmaq üçün bütün qüvvə və bacarığından yararlanıb. Şübhə yoxdur ki, o, hər dəfə çempion olanda məşqçisi Kazım müəllimin çöhrəsinə necə böyük sevinc hissləri hopdurub.
Famil Nəsirov idmanla yanaşı, həm də məşqçiliklə də məşğul olub, dörd dünya çempionu yetişdirib. Yəni, onun məşqçiliyi altında bacarıqlı güləşçilər ölkəmizi dünya arenalarında layiqincə təmsil edib, bayrağımızı qaldırıb, himnimizi səsləndirib, digər xalqlarda dövlətimizə sədaqət hissi nümayiş etdiriblər. Hazırda onun yetişdirdiyi idmançılar Amerika Birləşmiş Ştatlarında idmanın Yunan Roma və Sambo növləri üzrə məşqçilik edirlər. Bu da bir ustad məktəbinin uğurlarıdır.
Famil Nəsirova möhkəm can sağlığı arzulayır, Azərbaycanımıza verdiyi töhfələrə görə minnətdarlığımızı bildiririk.

Ədalət Əliyev,
"Guzgupress.az" saytının baş redaktoru
Вернуться назад