DataLife Engine > gundem > Azərbaycanın dövlət rəmzləri həm də dövlətimizin müqəddəs atributlarıdır

Azərbaycanın dövlət rəmzləri həm də dövlətimizin müqəddəs atributlarıdır


8-11-2019, 13:01. Разместил: heqiqet Azərbaycanın dövlət rəmzləri həm də dövlətimizin müqəddəs atributlarıdır

Azərbaycanın dövlətçilik işinin əsas prioritetləri vahid dövlət siyasətinin prinsiplərini əldə əsas tutaraq xalqın xoşbəxt sabahları üçün çalışmaq, bu istiqamətdə strateji resurslara nail olmaqdır. Azərbaycan prezidentinin apardığı hazırkı siyasətin kökündə də məhz bu məqam durur.
Bəllidir ki, ulu öndərimiz Heydər Əliyev ölkə siyasətinin əsas strukturunun məhz dövlət və xalq inamından qaynaqlandığını demiş, bu istiqamətdə əsaslı işlər həyata keçirmişdir. Məhz bu gün də həmin ənənənin uğurla davam etdirilməsi ölkədə xalq-dövlət birliyinə dəlalət edir.
Azərbaycan özünün ictimai-siyasi əhəmiyyət kəsb edən uğurları ilə dünyada tanınır. Ölkəmizi dünyada tanıdan əsas amillərdən biri də dövlət atributlarıdır. 9 noyabrda bayram edəcəyimiz bu ali məqamın dövlətçilik işində ümdə vəzifələr daşıdığını artıq yaxşı bilirik və cəmiyyətimizdə dövlət-xalq işinə önəm verən insanlar da bunu öz fəaliyyətlərində hərtəfərli xarakterizə edirlər. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyev də öz iş prinsipində bu amili yüksək tutur. Biz dəfələrlə onun iş prosesində dövlətə sədaqət hissini əyani müşahidə etmişik. Bu səbəbdən, Bayraq günü ilə əlaqədar onun fikirlərindən bəzi frazaları təqdim edirik.
Rəfael müəllim Bayraq günü ilə əlaqədar deyir ki, Azərbaycanın dövlət rəmzləri həm də dövlətimizin müqəddəs atributları hesab olunur. Üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunduğu gündən bu günədək çox çətin və şərəfli bir yol keçib, dəfələrlə ağır məhrumiyyətlərə tuş gəlib. Lakin sevindirici haldır ki, Bayrağımız növbəti dəfə öz müstəqil ənənələrinə qovuşub, hazırda da Azərbaycan üçün dalğalanır. Bu, hər birimiz üçün fəxarət və qürur doğurur. Bayrağını sevən hər kəs dövlətini, onun dövlətçilik ənənələrini sevmiş olur. Bu əqidə uğrunda fikirlərimizi birləşdirən bütün ali zəminlər bizi, xalqımızı və dövlətimizi ölkə rəhbərimiz İlham Əliyev cənablarının bilavasitə rəhbərliyi altında daha aydın, daha xoşbəxt sabahlara aparır.
Biz Bakı şəhərinin ictimai-siyasi mənzərəsi ilə də bağlı Rəfael müəllimlə həmsöhbət oluruq. O, deyir ki, son illər paytaxtımız ölkə rəhbəri cənab İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, həm də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovun rəhbərliyi altında misilsiz dərəcədə dəyişib, gözəlliklər daha uğurlu quruculuq işlərindən xəbər verir. Cənab Eldar Əzizov Bakının daha gözəl olması üçün ölkə prezidentinin verdiyi tövsiyə və tapşırıqlara layiqincə əməl edir, dövlətimizin inamlı sabahlara sürətli addımlar atmasında özünəməxsus rol oynayır.
Bəli, şəhərimiz gözəlləşib. Quruculuq işləri sürətlə davam etdirilir. Bu mənada, biz həm ölkə rəhbərini, həm xalqımızı, həm Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovu, həm də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehrəliyevi təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.

İlkin Əzizxanoğlu
Вернуться назад