DataLife Engine > iqtisadiyyat > Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələr işə salacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələr işə salacaq


23-06-2022, 11:16. Разместил: heqiqet Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələr işə salacaq Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda dayanıqlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihə işə salacaq.
Bunu AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik iclası zamanı deyib.
"Biz artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəni işə salmışıq. Bu yay günəş və külək enerjisi sahəsində daha iki layihə işə salacağıq", - deyə o bildirib.
Onun sözlərinə görə, AYİB bundan sonra da Azərbaycanda "yaşıl" iqtisadiyyatı dəstəkləyəcək.
"Bu il biz rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, Orta Dəhlizə diqqət ayırmaqla nəqliyyat sektorunun inkişafı üzərində işləyəcəyik", - K.Mahmudova deyib.
Вернуться назад