DataLife Engine > sehiyye > Səhiyyə işi dövlətçilik rifahının əsasıdır…

Səhiyyə işi dövlətçilik rifahının əsasıdır…


13-06-2016, 15:38. Разместил: heqiqet Səhiyyə işi dövlətçilik rifahının əsasıdır… Dövlətçilik mühüm amildir. Bu amili müəyyən mənada bir az da səhiyyə əhəmiyyətli edir. Müstəqil Azərbaycan dövlətində səhiyyə başlıca sahələrdəndir və ölkə prezidenti İlham Əliyevin bu sahə ilə bağlı yaddaqalan qərar və sərəncamları tibbin tarixi perspektivlərinə örnəklik bəxş edir.
Diqqətçəkən məqamdır ki, dövlətimiz müstəqillik illərində bütün sahələrdə, o cümlədən səhiyyədə inkişafın əldə edilməsində çətinliklərdən, mübarizələrdən keçib, öz müstəqil səhiyyə yolunu seçib. Prezident İlham Əliyev çıxışında bu məqama dəfələrlə istinad edib.
Dünyada iqtisadi böhran davam etdikcə bütün sahələrdə prioritetlik dərinləşir. Şübhəsiz ki, səhiyyədə də inkişafın yüksək həddə çatması üçün əməli addımlar atılır. Azərbaycan səhiyyəsindəki hazırkı dinamik inkişafı buna misal göstərə bilərik. Bəli, müstəqil Azərbaycanın Səhiyyə Nazirliyinin apardığı tibbi qanunauyğunluq zərurətləri də bu istiqamətdə artıq öz mövqeyi ilə diqqət çəkir.
Səhiyyədəki inkişaf tibb ocaqlarında da əsaslı şəkildədir. 12 saylı Şəhər Poliklinikasında səhiyyə aspektləri günün tələbləri səviyyəsindədir. Baş həkim Telman Novruzovun rəhbərliyi altında burada tibbin sivil şəkildə inkişaf etdirilməsi üçün əlavə potensiallar axtarılır, yeni iqtisadi modeldən istifadə edilir. Söhbət əsnasında o, deyir:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə müstəqilliyin daha vacib şəkildə qorunması ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Xüsusən də ölkə əhalisi dövlət başçısının qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların müstəqil fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər. Doğrudan da müstəqillik ölkə islahatlarının, o cümlədən səhiyyənin mühüm əsasıdır. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında səhiyyə həlledici rol oynayır. İnsan həyatının təmin edilməsi məhz tibbi ideyalar nəticəsində mümkün olur. Bu proses hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti hər cür xəstəliklərdən qoruyur.
Təbii ki, insanların həyat rifahını möhkəmləndirən əsas aspektlərdən biri səhiyyədir ki, hörmətli prezidentimiz İlham Əliyev cənabları, həmçinin Səhiyyə naziri Oqtay Şirəliyev bu istiqamətdə məqsədyönlü işlər görürlər. Biz həkimlər də onlara bu işdə dəstək olmalı, buna da həyatın uğuru kimi xarakterizə etdiyimiz tibbi nailiyətlərlə cavab verməliyik. Bəs buna necə nail olmalıyıq: birinci növbədə, əlbəttə ki, mövcud qanunvericiliyin hüquqi aspektləri prizmasından yanaşmaqla səhiyyə həyatının tələblərini vətəndaş missiyamızla qoşalaşdırmalıyıq. Əminik ki, bu da tibbi inkişafın yeni mərhələsinin tələbləri ilə ciddi şəkildə uyğunlaşmış olar.
Son illər Azərbaycanın bütün sahələrini, o cümlədən səhiyyəni böyük uğurlar müşayiət edir. Bu sistemin hazırkı perspektivi cəmiyyət prioritetliyinin hansı səviyyədə olduğunu göstərir. Doğrudan da, son illərdə müstəqil cəmiyyət faktorları ölkədə günün reallığını tam mənada əks etdirir, həyata keçirilmiş islahatlar səhiyyədə yüksək dinamik və sürətlənən inkişafa əsaslı zəmin yaradır. Şübhə yoxdur ki, baş həkim Telman Novruzovun rəhbərliyi altında 12 saylı Şəhər Poliklinikasında səhiyyə prioritetləri də bu mexanizmə əsaslanır.

İsa İskəndərov

Вернуться назад