musahibe - Heqiqet.Az
Vərəm xəstəliyi uşaq və yeniyetmələr arasında nə qədər yayılıb?
Kristalina Georgiyeva: - Qafqazda və Mərkəzi Asiyada struktur islahatların davamı iqtisadi artımın sürətlənməsinə səbəb olacaq
Azərbaycan daha təmiz enerjinin istehsalına çalışır - nazir müavini (Müsahibə)
"Bu gün artıq Azərbaycanın tək bölgədə deyil, dünyada nüfuzu artır"
Prezident İlham Əliyev: Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır
"İnsan öz doğmasının, övladının şad günündə bu qədər sevinmir"- MÜSAHİBƏ
rzu xanım, öncə təhsildə aparılan ən son islahatlar haqqında fikrinizi bilmək istərdik.
- Əlbəttə, təhsil sahəsində aparılan islahatlar cəmiyyətin diqqətindədir, müxtəlif sferalarda, həmçinin, sosial şəbəkələrdə pedaqoqlar, valideynlər, ziyalılar, ictimai xadimlər bu məsələyə vaxtaşırı münasibət bildirirlər. Bu da təbiidir. Çünki təhsilsiz inkişaf mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı tutduğu mövqedən asılı olmayaraq təhsilə öz töhfəsini verməlidir. Çünki  təhsil sağlam  gələcəyimiz, sağlam gələcək nəsil deməkdir. Biz də  məktəb daxilində, kollektivlə, həmçinin valideynlərlə   islahatlarla bağlı müzakirələr aparırıq, hər kəs öz fikrini bildirir. İnanırıq ki,  hər məktəbin, hər rayonun təhsil şöbəsinin, ziyalıların rəyi, təklifləri  cəmiyyətimiz üçün faydalı olacaq.
İslahatlar uzun müddətli,  perspektivli nəticələr üçün nəzərdə tutulur. Əlbəttə, qeyd etdiyiniz kimi bu gün həyata keçirilən islahatların təhsilimizə, Azərbaycan gəncliyinə çox böyük faydası olacaq. Zaman-zaman mövcud olan  boşluqların aradan qaldırılması, yeniliklərin tətbiqi, məktəblərdə neqativ halların aradan qaldırılması hamısı   islahatların məntiqi nəticəsidir.
- Uzun illərdir pedaqoq kimi fəaliyyət göstərirsiniz. Böyüklərin "zəmanə pisləşib" ifadəsi ilə razısınızmı?
- Hər şeyi zəmanə ilə əlaqələndirmək olmaz. Sadəcə əvvəllər hər birimizin,  valideynlərin də,  övladların da tək informasiya mənbəyi televiziya idi.  Onlayn təhsil sisteminə keçdiyimiz zaman, imkansız ailələr belə övladlarına smartfon telefonlar almaq məcburiyyətində qaldı. Təəssüf ki, telefonlar da  şagirdlərin diqqətinin yayılmasında rol oynayır. Bu günün şagirdi sadəcə dərs oxumur,  lazımlı-lazımsız çoxlu informasiya ilə əhatə olunub. Günün reallığı budur.  Yeganə valideyn və müəllimlərin birgə əməkdaşlığı övladlarımızı  bu informasiya bolluğunun zərərli tərəflərindən qoruya bilər.
- Bilirik ki, şagirdlərin məktəbə smartfon və mobil telefonlarla girişinə  qadağa qoyulub. Bu qaydanı qoruya bilirsinizmi? Başqa sözlə şagirdlər qadağaya tabe olurmu?
- Əlbəttə, smartfonların məktəblərə gətirilməsinə qoyulan qadağa yalnız və yalnız  övladlarımızın xeyrinə atılan bir addımdır. Bununla bağlı məktəb daxilində valideyn iclasları təşkil edildi. Valideynləri maarifləndirdik. Əlaqə yaratmaq üçün sadə telefonlardan istifadə edilməsinin daha məqsədəuyğun olacağını izah etdik. Etiraf etmək lazımdır ki, şagirdlərin qadağaya tabe olması o qədər də asan deyil. Bunun üçün  valideynlərlə sıx əməkdaşlıq etməyə üstünlük veririk. Məktəblə valideynlərin sözü üst-üstə düşməlidir, onların birgə fəaliyyəti uşaqların tərbiyəsində də, təlimində də ciddi müsbət nəticələr verə bilər.  İlk etablarda  əziyyət çəkdik. Telefonların yığılması prosesi olduqca çox vaxt aldı. Demək olar ki, hər  həftə keçirilən valideyn iclaslarında övladlarına  smartfon telefonlar verilməsinin faydasız olduğunu izah etdik.  Başa düşən valideynlər üstünlük təşkil edir.  Onu da deyim ki, hansı ailədə  telefonla bağlı saat şərti qoyulursa, onlar sonradan problem yaşamır.  Əlbəttə, telefonlardan istifadənin faydalı tərəfləri də var. Əvvəllər İKT bacarıqları olan şagirdlərin sayı çox az idi. Məktəbizimdə 7 ildir rəqəmsal bacarıqlar layihəsi keçirilir. Əvvəllər şagirdlər üçün tək informasiya mənbəyi ensiklopediya və kitabxanalar  idi.  Indi internet seqmenti yeni  fürsətlər yaradıb.  Şagirdlər üçün şagird planşetlərinin paylanması da aktual məsələlərdəndir. Şagirdlər bu planşetlərdən  sadəcə müəyyən proqramlardan və məlumatlardan istifadə edə biləcək. İnkiçaf etmiş ölkələrdə bu üsul özünü doğruldub. İnanıram ki, yaxın zamanlarda  bizdə də bu mücbət yenilik tətbiq olunacaq. Planşetlər eyni zamanda şagirdləri  ağır çanta yükündən xilas edəcək.
- Bir təhsil işçisi kimi Böyük Vətən müharibəsində əldə etdiyimiz Zəfər günü ilə bağlı  hissləriniz?
- 30 il boyunca hamımız xalq olaraq  bayramlarda, əziz günlərdə  bir-birimizə "İnşallah Qarabağda qeyd edək" kimi ifadələr işlədirdik. Axır ki, həsrətlə yaşadığımız  illər keçdi, gözlədiyimiz zaman, an gəldi. Bu Zəfər günü idi. Qələbə çaldığımız  gün mənim üçün də heç unudulmayacaq gündür. Sevinc göz yaşlarını,  küçələrdəki insan selinin coşqusunu, şadyanalığı, bayram əhval-ruhiyyəsini sözlərlə ifadə etmək belə asan deyil.  İnsan öz doğmasının, övladının şad günündə  belə bu qədər sevinmir.  Biz xalq olaraq o böyük Zəfərin sevincini sözlə ifadə edə bilmirik. Məktəbimiz birinci Qarabağ müharibəsi şəhidi Etibar Əliyevin adını daşıyır. Ikinci Qarabağ müharibəsində məktəbimizin dörd məzunu Vətən uğrunda şəhid olub. Məktəb kollektivi olaraq, şəhid olan dörd məzunumuzun xatirəsi bizə əzizdir, onların ailələri bizim baş tacımızdır.  Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun bu qəhrəmanlığı tarix boyu unudulmayacaq. Zəfər tarixinə imza atan, şəhidliyə ucalan oğullarımızın xatirəsi həmişə əziz tutulacaq. Bu günkü qürurlu yaşayışımız üçün, torpaqlarımızın işğaldan olunması üçün biz onlara borcluyuq. Hazırda Zəfər Bayramı münasibətilə  birinci sinifdən on birinci sinifə qədər hər bir şagirdimiz məktəb kollektivi ilə birgə tədbirə hazırlaşır. Səbail rayon ictimaiyyəti dəvət olunmaqla çox böyük bir tədbirə hazırlıq işləri gedir. Mütləq ki, müəllimlərimiz Zəfər günü ilə bağlı hər sinifdə xüsusi saatlar keçirir, şagirdlərə müasir tariximizin incəliyini aşılayırlar.
- Azərbaycanın şanlı Zəfər tarixinin müasir gəncliyə, yeniyetmə nəsillərə öyrədilməsi məktəblərin qarşısında duran ən vacib vəzifədir. Bu baxımdan məktəblərdə görülən işlər qənaətbəxş sayıla bilərmi?
- Əlbəttə, Azərbaycanın ən ucqar kəndindəki  məktəbindən tutmuş paytaxt məktəblərinə qədər, hər bir təhsil ocağında  Zəfər gününə aid tədbirlər təşkil olunur, keçirilir.  Əvvəllər məktəb dəhlizlərində ancaq Xocalı qətliamı, 20 Yanvar faciəsi ilə bağlı şagirdlərin hazırladığı rəsm əsərlərini görürdük. Çox sevinirəm ki,  indi dəhlizlər Zəfər bayramı ilə bağlı rəsmlərlə,  foto stendlərlə zəngindir.   Şagirdlər sanki rəqabətə girib.  Siniflər stendlərinin bir-birindən gözəl olması üçün çalışırlar. Məktəbimizin girişində Zəfər günü ilə bağlı muzey yaradılıb. Hər biri əl işidir. Hər biri qələbənin sevincindən irəli gəlir. Qələbə şagirdlərimiz üçün böyük motivasiyadır.
- Məktəbdaxili, ölkədaxili və beynəlxalq olimpiadalarda  rəhbərlik etdiyiniz məktəbin yeri nə qədərdir?
- Şagirdlərimiz olimpiadalarda  texniki fənnlərə daha çox üstünlük verir.  Müxtəlif illərdə olimpiadalarda qaliblərimiz olub. Olimpiada iştirakçılarının yetişdirilməsi üçün məktəbdə işçi qrupu yaradılıb. Qrupa fənn müəllimləri qoşulub. Olimpiadalarda iştirak etmək üçün şagirdlər sadəcə dərs prosesində yetişə bilməz. Olimpiada bankımız var.  Şagirdlərimiz "Kenquru" bilik yarışmasında iştirak edib, dörd nəfər qalib olub. 15 gün öncə diplomları təqdim edildi. Bundan başqa, noyabrın 11-də OSEP layihəsi üzrə keçirilən festivalda iştirak etmək hüququ qazanan məktəblər sırasındayıq. Həmçinin, məktəbimizdə Kiçik Akademiya fəaliyyət göstərir ki, biz  bu konsept çərçivəsində Elmlər Akademiyası ilə əməkdaşlıq edirik.
Yeri gəlmişkən,  ali məktəblərə qəbulla bağlı nəticələrdən də bəhs etmək istərdim. Təkcə 500 baldan çox bal toplayan şagirdlərimizin sayı 29-dur. Ötən  il təkcə,  bir sinfin 25 şagirdinin 23-ü DİM xətti ilə ali təhsil müəssisələrinə qəbul olub. Digər 2 şagirdimiz xarici dövlətlərdə təhsil almaq şansı qazanıb. Ümumilikdə məzunlarımızın 80 faizi  ali təhsil müəssisələrinə qəbul olunublar.
Əfsanə Səlimi
Zəfər xronikası 14 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsi
- Salam, "France 24"ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident Əliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?
- Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma "Dağlıq Qarabağ respublikasının hökumətini" danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma "Dağlıq Qarabağ respublikası hökumətini" danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub.
-Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin artilleriya atəşinə tutulması görüntülərini görüb.
-Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik.
- Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?
- Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib etmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır.
- Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil.
- Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.
Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur.
– Mən indi Sizdən diplomatik proses barədə soruşmaq istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır?
– Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq.
– Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?
– Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir.
– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?
– Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil.
– Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?
– Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır.
- Lakin onlar bu münaqişədə öz sözünü deyirlər?
– Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər.
– Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizə verə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlham Əliyev, bu gün suallarımıza cavab verdiyinizə görə Sizə təşəkkür edirəm. Bizə baxan tamaşaçılara da təşəkkür edirəm. Qarşıda yayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün "France 24"ü izləməyə davam edin.
– Təşəkkür edirəm.
Qazanc məqsədi ilə vəsaitlərin yerləşdirilməsi: düzgün seçimi necə etməli
-İlkin bəy, banka depozit yerləşdirmək mövzusu yenidən aktuallaşıb. Yerləşdirməyə dəyərmi? Dəyərsə, onda seçimi necə etməli?
Bu mövzu hər zaman əhali üçün maraqlı olub. Çünki hər kəsin haqlı bir istəyi var - risksiz və itkisiz pul qazanmaq. Əhalinin depozitə olan marağını artıran bir neçə amil var. Birincisi, ölkədə banklara və manata olan güvənin daha da artması, ikincisi isə qlobal səviyyədə müşahidə olunan inflyasiyadır.
Mövcud bazar şərtlərini nəzərə alsaq, sizcə, düzgün seçim hansıdır?
-Orta inflyasiya ilə əmanətləri "yastıq altında" saxlamaq heç də ən yaxşı çıxış yolu deyil. Çünki pulun dəyəri azalır. Əmanətlərin dəyərini saxlamaq üçün əmin olmalısınız ki, illik gəliriniz inflyasiya səviyyəsinə uyğundur və hətta onu üstələyir. Bununla belə, vəsaitlərinizi inflyasiyadan qorumağın ən asan və risksiz yolu onları banka depozit kimi yerləşdirməkdir. Burada əsas şərt yerləşdirmə dərəcəsidir. O, illik inflyasiyadan çox aşağı olmamalıdır. Məsələn, əgər illik inflyasiya 7-8% diapazonunda olarsa, o zaman depoziti müvafiq olaraq 9% və ya daha çox dərəcə ilə yerləşdirmək məqsədəuyğundur. İnflyasiya ilə müqayisədə gəlir daha yüksək olacaq. Eyni zamanda, depozitlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmasını da xatırlamaq lazımdır (hazırda manatla 12%, ABŞ dolları ilə isə 2,5% təşkil edir).
Əlbəttə ki, pulu inflyasiyadan qorumağın başqa yolları da var, məsələn, birjada səhmlərə investisiya etmək. Ancaq unutmayın ki, bu investisiyalar əmanətlərdən fərqli olaraq sığortalanmır. Daşınmaz əmlak da investisiya növlərindən biri hesab olunur. Onun da müsbət və mənfi cəhətləri var. Məsələn, daşınmaz əmlak çox likvid, yəni asanlıqla satılan olmalıdır və eyni zamanda satış zamanı investor qoyduğu investisiyadan daha çox qazanmalıdır.
-İlkin bəy, belə çıxır ki, bank depozitləri həm əlavə gəlir, həm də sığorta üçün ən optimal variantdır?
-Hazırda deyə bilərəm ki, bəli, həm gəlirlilik, həm də potensial risklərin minimuma endirilməsi nəzərə alınmaqla, əmanətlərin banka yerləşdirilməsi ən düzgün seçimdir. Bir daha vurğulayım ki, banklara yerləşdirilən əmanətlərin qaytarılmasının təminatçısı dövlətdir. Sığorta limitlərini də unutmayaq: 100 min manat və illik 12%-ə qədər. Bu, dövlətin sığorta şərtləridir. Qalanı müştərinin öz ixtiyarındadır - hansı bankı seçəcək, 100 min manatdan yuxarı məbləğ yerləşdirəcək, və ya əmanəti illik 12%-lə yerləşdirəcək və s. Bank depozitlərini ən yaxşı investisiya variantlarından biri adlandırsaq belə, müştərinin nəzərə almalı olduğu bəzi nüanslar var. Məsələn, sığorta şərtləri ilə yanaşı, müştəri bankın səhmdarları, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə ən azından tanış olmalı və təhlil etməlidir. Başqa sözlə desək – vəsaitini etibar edəcəyi Bankı yaxşı tanımalıdır.
-Bank səhmdarlarını deyərkən nəyi nəzərdə tutursunuz?
-Müştərilər əmanət yerləşdirərkən daha çox dövlət banklarına, və ya xarici səhmdarları olan banklara üstünlük verirlər. Dövlət banklarının seçilmə səbəbləri məlumdur və anlaşılandır. Xarici səhmdarları olan bank seçimində əsas nüans səhmdarların kim və ya hansı təşkilat olmasıdır. Müştərilərin səhmdarları beynəlxalq maliyyə qurumları və ya tanınmış xarici şirkətlər olan banklara üstünlük verməsi də normal davranışdır.
-Vacib amillərdən biri kimi həm də bankın strategiyasını vurğuladınız. Nə üçün strategiya banka depozit yerləşdirən müştəriyə maraqlı olmalıdır?
-Depozit yerləşdirərkən müştərilərin çox da diqqət etmədiyi, amma ən vacib detallardan biri də bankın strategiyasıdır. Məsələn, araşdırmalar göstərir ki, Avropa ölkələrində müştərilər depozit yerləşdirdikləri bankın kreditləşmə siyasəti ilə maraqlanır, onun hansı istiqamətləri maliyyələşdirməsi, kiçik bizneslərin inkişafını necə dəstəkləməsi, ətraf mühitin qorunması və digər sosial yönümlü layihələrdə iştirak edib etməməsi ilə maraqlanırlar. Çünki bankın depozitlərdən necə yararlanması, hansı kateqoriya müştərilərə dəstək olması onlar üçün çox vacibdir. Məsələn, bank əsas strategiyasını ölkənin biznes mühitinə və iqtisadiyyatına dəstəkdə görürsə, bu artıq bir mesajdir. Yəni bir müştərinin əmanət şəklində banka yerləşdirdiyi vəsait digər müştərinin biznesinin inkişafı üçün kredit şəklində istifadə olunur. Yəni bir müştəri özü də bilmədən digər bir müştərini – sahibkarı dəstəkləməklə ölkədə biznes mühitinin inkişafına töhfə verir.
-Və yekun olaraq - sizcə, əmanəti nədə yerləşdirməli – manatda, yoxsa xarici valyutada? Müştərilərə nə məsləhət görərdiniz?
Media Reyestrinə hansı jurnalistlər daxil ediləcək və nə kimi güzəştlər ediləcək? - AÇIQLAMA
- Pərvanə xanım, artıq Media Reyestrinin aparılması Qaydaları təsdiq olundu. Sizcə, Reyestrin əhəmiyyəti nədən ibarət olacaq?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Media Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb. “Media haqqında” Qanunun 73.6-cı maddəsinin icrası məqsədilə təsdiq olunmuş Qaydaların məqsədi Media Reyestrinin aparılmasının təşkilati və hüquqi aspektlərini tənzimləməkdən ibarətdir.
2022-ci il 8 fevral tarixində “Media haqqında” Qanunun təsdiqindən sonra Media Reyestrinin aparılması üçün həm hüquqi, həm də proqram təminatı baxımından müəyyən işlər həyata keçirilib. Qaydaların təsdiq edilməsi ilə hüquqi təminatın ilkin mərhələsi istiqamətində növbəti mərhələ yekunlaşıb və hazırda Reyestrin proqram təminatının hazırlanması üzrə işlər başa çatmaq üzrədir.
Fərmana əsasən, elektron informasiya ehtiyatı kimi Media Reyestri yaradılır və media subyektləri, onların redaksiyaları, jurnalistlər haqqında məlumatlar reyestrə daxil edilir. Reyestrə daxil edilmiş media subyektlərinə Media Reyestri Şəhadətnaməsi, jurnalistlərə isə vəsiqə veriləcək.
Şəhadətnamənin müddətsiz, jurnalist vəsiqəsinin isə 3 il müddətinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, jurnalist vəsiqəsinin verilməsi media subyektlərinin özləri tərəfindən əməkdaşlarına vəsiqə vermək hüququnu istisna etmir və jurnalistlərin reyestrə daxil edilməsi tamamilə könüllü xarakter daşıyır.
- Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər üçün hansısa güzəşt və imtiyazlar nəzərdə tutulurmu?
Öncəliklə vurğulamaq istərdim ki, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək. Sizin də qeyd etdiyiniz kimi, Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Yəni Media Reyestri jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək, media subyekti və jurnalistlərin əhatə dairəsi müəyyən olunduqca güzəştli kreditlər də daxil olmaqla dövlətin tətbiq etdiyi digər imtiyazlardan da faydalana biləcəklər. Ümumiyyətlə, Media Reyestrinin aparılması gələcəkdə media subyektləri və jurnalistlər üçün müxtəlif layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslandırılmasını formalaşdırmağa imkan verəcək, media sahəsində keyfiyyətli xəbər istehsalının təmin olumasına, müəllif hüquqlarının qorunmasına, sağlam rəqabət mühitinin yaranmasına təsirsiz ötüşməyəcəkdir.
- Media Reyestrinə daxil edilmək üçün nəzərdə tutulan tələblərə də aydınlıq gətirərdiniz…
Bəli, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bir daha qeyd etmək istərdik ki, Media Reyestri jurnalistlər üçün könüllüdür və Reyestrə daxil edilmək üçün müraciət etməyən, o cümlədən orta təhsilli jurnalistlər də öz peşə fəaliyyətini sərbəst şəkildə davam etdirə biləcək.
Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir. Ümumiyyətlə, staj anlayışı məhz əmək müqaviləsi ilə rəsmiləşdirimiş münasibətləriə şamil olunan anlayışdır.
Azərbaycan sərhədçisinin bütün nailiyyətlərinin arxasında Prezident İlham Əliyevin ali diqqəti və qayğısı dayanır - General-leytenant Cavid Abdullayev
- Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük şanlı Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin digər birləşmələri ilə yanaşı çox böyük peşəkarlıq, qəhrəmanlıq və yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. Tam əminliklə demək olar ki, hərbi qulluqçularımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların öhdəsindən layiqincə gəldi. Vətən Müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində DSX-nin keçdiyi şərəfli döyüş yolu barədə fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.
- 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.
Döyüş əməliyyatlarının başlanması əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. Azərbaycan sərhədçiləri müharibənin ilk günündən döyüş əməliyyatlarına qatılaraq Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdilər. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endir­dilər, yüzlərlə canlı qüvvəsini məhv etdilər, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etdilər. Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyul­muş döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı ra­yonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.
Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsulların­dan istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etmiş oldu. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyük miqyaslı savaş kimi hərb tarixinə yazıldı. DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi böyük məharətlə məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düş­mənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı İsrail istehsalı olan “Harop” və Türkiyə istehsalı olan “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.
Vətən müharibəsində DSX-nin tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş “AN-2” təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi.
Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi, siyasi və diplomatik müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi, Silahlı Qüvvələri­mizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu - 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.
- Tarixi Zəfərimizdən sonra da DSX işğaldan azad edilmiş ərazilərimizdə xidmətini davam etdirir, düşmənin istənilən hərbi təxribatlarına qarşı qətiyyətli və sarsıdıcı cavablar verilir. Hazırda istər azad edilmiş ərazilərdə, istərsə də Ermənistanla sərhəddə DSX-nin fəaliyyəti barədə nələri demək olar?
- Bu gün böyük əzm və qürurla xidmət aparan Azərbaycan sərhədçisi - Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlət maraqlarımızı fəxrlə qoruyur!
Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, habelə Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilmiş, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarəti təşkil edilmişdir. Böyük qürurla bildirirəm ki, hazırda “Zəngilan” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür.
İşğaldan azad edilmiş ərazilərdə 1556 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənmiş, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmiş, 106 km məsafədə yeni yollar çəkilmiş, 225 km məsafədə isə yolların əsaslı və cari təmiri həyata keçirilmişdir.
Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti nəzarətimiz altındadır və sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
- Bu gün digər qoşun növləri ilə yanaşı DSX də döyüş qabiliyyətini durmadan artırır, ən müasir silah-sursatla təminat gücləndirilir. Eyni zamanda şəxsi heyətin peşəkarlığı artır, vətənpərvərlik ruhu daha da güclənir. Bu yöndə nə deyə bilərsiniz?
- Təbii ki, digər qoşun növləri kimi DSX-də də döyüş qabiliyyəti durmadan artır, ən müasir standartlara cavab verən silah-sursat, hərbi texnikayla təminat gücləndirilir. Bir vaxtlar çətin, reallaşması uzaq gələcək kimi qəbul edilən bir çox məsələ artıq uğurla həyata keçirilmişdir. Bunlara şimal və şimal-qərb sərhədlərində müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının, sahil mühafizəsinin yaradılması, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolikasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, xidmət-daxili rəqəmsal informasiya sisteminin yaradılması, DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqla­rını icra etməyə qadir olan “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinin inşa edilməsi, DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətlərin ordularında etalon kimi qəbul edilməsi, DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə DSX-də mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlarımızdan bununla əlaqədar müraciətlərin daxil olmasının davan etməsi, sərhədçilərin sosial-məişət vəziyyətinin, o cümlədən də mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər misal olaraq göstərilə bilər.
Bütün bu nailiyyətlərin hər birinin arxasında Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə ali diqqəti və qayğısı dayanır. Onu da qeyd etməliyəm ki, Sərhəd mühafizəsinin səviyyəsi bilavasitə sərhədçilərin peşəkarlıq səviyyəsindən asılıdır. Müxtəlif döyüş silahları, texnika və vasitələrlə ölkəmizin sərhədləri boyunca fasiləsiz olaraq sərhəd xidmətini təşkil edən sərhədçilər həm mənəvi-psixoloji, həm fiziki, həm taktiki cəhətdən yüksək hazırlığa malik olmalı, həm də hərbi texnikanı və silahları, digər spesifik cihaz, qurğu və vasitələri tam mənimsəməli, gündəlik fəaliyyətdə uğurla tətbiq etməyi bacarmalıdırlar. Buna görə də yüksək hazırlıqlı kadrlarla təminat çox böyük əhəmiyyət daşıyır. Biz, bunun üçün üzərimizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq.
- Ümumiyyətlə DSX-nin gələcək üçün müəyyən etdiyi istiqamətlər, qarşıya qoyulan vəzifələr, döyüş və xidmət fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verməyinizi xahiş edirik.
- Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi, Dövlət Sərhəd Xidməti bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırlması sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb. Bu gün Dövlət Sərhəd Xidməti peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurumdur. Artıq qürur hissi ilə ilə qeyd etmək olar ki, Dövlət Sərhəd Xidmətinin bölmələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Alınan yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılır, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi üçün vərdişlər mükəmməlləşdirilir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bütün bu görülən işlərdən ruhlanır, qürur hissi keçirir. Sərhədlərimizin mühafizəsinin səviyyəsi daha da yüksəlir, müasirləşir və yenilənir. Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistanla dövlət sərhədində əməliyyat şəraiti tam nə­zarətdədir. Sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin, təxribatın qarşısı qətiyyətlə alınır və alınacaqdır. Gələcəyə dair quruculuq, inkişaf, həmçinin təkmilləşdirmə prosesləri bundan sonra da Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdiriləcəkdir. Vətən sərhədlərinin toxunulmazlığını təmin etmək, dövlət maraqlarına sədaqətlə xidmət andımız, amalımızdır.