DataLife Engine > medeniyyet > Kinoşünas Aydın Dadaşov vəfat edib (yenilənib)

Kinoşünas Aydın Dadaşov vəfat edib (yenilənib)


15-03-2017, 13:40. Разместил: heqiqet Kinoşünas Aydın Dadaşov vəfat edib (yenilənib) Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib.
"Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmovun verdiyi xəbərə görə, o, ürək çatışmazlığından ölüb.
Vida mərasimi mərhumun evində keçiriləcək. Kinoşünas Xırdalan qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edib.
Allah rəhmət eləsin!
***
Azərbaycanın tanınmış kinoşünası Aydın Dadaşovun qəfildən dünyasını dəyişməsinin təfərrüatı məlum olub.
Bu barədə kinoşünasın qohumları məlumat verib.
Bildirilib ki, A.Dadaşova xərçəng xəstəliyi diaqnozu qoyulubmuş Lakin dünən məlum olub ki, bu diaqnoz yalandır və kinoşünasda bədxassəli xəstəlik yoxdur.
Bu sevindirici xəbəri aldıqdan sonra isə A.Dadaşov qəfildən hönkürtü ilə ağlamağa başlayıb. Qohumları bildirir ki, tanınmış kinoşünas o qədər çox və ürəkdən hönkürüb ki, ürəyi partlayıb. Təcili yardım gələnə qədər isə o, keçinib.
Вернуться назад