DataLife Engine > sehiyye > Hematologiya mövzusunda mühazirələr

Hematologiya mövzusunda mühazirələr


16-03-2017, 10:06. Разместил: heqiqet Hematologiya mövzusunda mühazirələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda həkim-mütəxəssislər və rezidentlər üçün ayda bir dəfə mütəxəssislərin mühazirələri təşkil edilir. Həkim-rezidentlər, hematoloqlar və maraq göstərən digər həkimlər interaktiv mühazirələri dinləməyə dəvət olunurlar.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, növbəti mühazirə martın 31-də “Kəskin leykozların müasir diaqnostika meyarları” mövzusunda keçiriləcək.
Aprelin 28-də isə “Pediatrik praktikada dəmir defisitli anemiyanın xüsusiyyətləri və müalicə praktikası” mövzusunda mühazirə dinləniləcək.
Bundan əlavə institutda təhsil alan rezidentlər ayda bir dəfə hematologiyanın müxtəlif mövzuları üzrə prezentasiyalar təqdim edirlər. Digər klinik bazaların rezidentləri həmin təqdimatlarda iştirak etməyə dəvət olunurlar.
Вернуться назад