DİM: 19 000-dən artıq istifadəçi ödənişsiz elektron sınaq imtahanında iştirak edib
27-03-2017, 18:52. Разместил: heqiqet
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, saat 14:00-a olan məlumata əsasən bu imtahanlarda iştirak etmək üçün respublikanın bütün şəhər və rayonları üzrə 33 922 nəfər qeydiyyatdan keçib, 19 000-dən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak edib.
Ödənişsiz elektron sınaq imtahanlarının keçirilməsi gündə 3 dəfə olmaqla martın 31-dək davam edəcək. İmtahanlarda eyni test tapşırıqlarından istifadə olunur. Ona görə də iştirakçılara özlərinə uyğun tarix və saatı seçməklə bir sınaq imtahanına yazılmaq tövsiyə olunur. Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər DİM-in imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.
Aprelin 1-dən 9-dək gündə 4 dəfə olmaqla ödənişli elektron sınaq imtahanları keçiriləcək. Bu gündən etibarən ödənişli elektron sınaq imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı başlayıb. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak haqqı 10 manatdır. Ödəniş etmək qaydaları ilə DİM-in saytında tanış olmaq mümkündür.
Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.
Вернуться назад