DataLife Engine > hadise > 25 yaşlı oğlan qətlə yetirildi - Bakıda

25 yaşlı oğlan qətlə yetirildi - Bakıda


30-06-2015, 19:23. Разместил: heqiqet 25 yaşlı oğlan qətlə yetirildi - Bakıda Bakıda qətl törədilib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə olması müəyyən edilib və o saxlanılıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Вернуться назад