Aİ-nin Qafqazda sülhün təmin olunmasında fəallığının artırılması müzakirə olunub
13-04-2017, 10:57. Разместил: heqiqet
Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradoviştirak ediblər.
Avropa Parlamentinin (AP) Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz həmçinin, AP üzvləri Sandra Kalniete, İvo Vayql, Knut Flenkenştayn və Heydi Hautala ilə də görüşlər keçiriblər. Parlamentlər arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb.
Вернуться назад