DataLife Engine > maraqli > Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO

Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO


19-04-2017, 13:56. Разместил: heqiqet Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb.
Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundəaparılan arxeoloji araşdırmalardafiron dövrünə aid altı mumiya olduğunu açıqlayıb.
Əl-Ananimumyalardan birinin böyük ehtimalla, antik şəhərdə sülh hakimi olaraq fəaliyyət göstərmiş bir idarəçi Userhatın mumiyası olduğunu və 18-ci Misir xanədanı dövründən qaldığını sözlərinə əlavə edib.
Misir fironlarının məzarlarının olduğu məşhur "Krallar Vadisi" yaxınlığındakı arxeoloji qazıntınıaparan Mustafa Əl Vəziri "ölülər şəhəri"ndə onlarla tarixi əsərlərlə yanaşı, fironlara aid 6 mumiya, tabut və heykəllər aşkar edildiyini açıqlayıb.
Əl Vəziri:"Məzar kiçik olsa da, içərisində xeyli sayda rəngli maska ​​var. Arxeoloji qazıntı zamanıməzardakı mumiyaların naməlum bir xəstəlikdən öldükləri aydın olub".
O, bundan əlavə, 1050-dən çox tarixi heykəl tapıldığını, qazıntıların davam etdiyini qeyd edib.

Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTOMəzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTOMəzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTOMəzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO

Вернуться назад