Xərçəng xəstəliyinə faydalı olan daha bir qida
17-05-2017, 15:13. Разместил: heqiqet
Rusiya mətbuatına istinadən xəbər veririk ki, öz xəstələrinin müalicəsində B17 vitaminindən istifadə edən və onları ölümdən xilas edən həkimlər təqib edilir. Bir çox xarici saytlarda yayılan xəbərlərdə qeyd edilir ki, bu mövzunu içtimailləşdirmək qadağandır. Bu ACF-nin, Amerika Onkoloji Cəmiyyəti və Amerika Tibb Assosiasiyası oyununun bir hissəsidir.
B 17 vitamini onkoloji xəstəliklərlə mübarizədə istifadə olunur. İddialara görə, bu vitaminin tətbiqi bədxassəli şişləri tamamilə məhv etməyə qadirdir. Kimyəvi üsulla müalicədən imtina edən bəzi xəstələrin yeganə müalicə vasitəsi də В17 vitamini olub.
Qeyd etmək vacibdir ki, B 17 vitamini ərik çəyirdklərində olur və düzgün istifadə olunması zamanı böyük üstünlükləri təmin edir. Ümumiyyətlə, ərik çəyirdəyi qiymətli maddələrlə zəngindir. Zəngin tərkibi sayəsində ərik çəyirdəyi xalq təbabətində geniş istifadə olunur. Ondan müxtəlif parazitlər, həmçinin bağırsaq qurdları ilə mübarizədə tətbiq olunur. Həmçinin, ərik çəyirdəyi göy öskürəyin, bronxitin və nefritin müalicəsi üçün effektiv vasitədir.
Ərik çəyirdəyindən əldə edilən yağ hələ orta əsrlərdə qiymətli məhsul hesab olunurdu. Onun dəyəri qızıla bərabər idi. Bu yağ sağaldıcı, yumşaldıcı, qurdqovucu, həmçinin bədəni gənc saxlayan antioksidant təsirə malikdir.
Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.
Вернуться назад