Bakıda "Porsche"nin törətdiyi dəhşətli qəzada ölən polisin ADI AÇIQLANDI
30-05-2017, 13:16. Разместил: heqiqet
Bakıda dəhşətli qəzada ölən polisin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, “Porsche Cayenne” markalı, 10 VV 155 dövlət qeydiyyat nişanlı avtomobillə vurulan 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus “Fiat Doblo”da ölən polis əməkdaşı 25 yaşlı Zeynallı Emil Adil oğlu olub.Bildirilir ki, E.Zeynallı polis avtomobilini idarə edərkən “Porsche” yüksək sürətlə arxadan çırpılıb. Zərbənin gücündən o, maşının şüşəsindən çıxaraq yolun hərəkət hissəsinə düşüb və hadisə yerindəcə keçinib.
Qəzadan sonra “Porsche”ni idarə edən şəxs xəstəxanaya aparılıb.
***
11:10
Bu gün Bakıda ağır yol qəzası baş verib. lent.az xəbər verir ki, saat 10 radələrində Səbail rayonu Bibiheybət yolunda "Porsche Cayenne" markalı avtomobil "Fiat Doblo" markalı polisin post patrul avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar Kliniki Mərkəzə aparılıb. Onlardan biri xəstəxanada vəfat edib.
Bildirilir ki, ölən şəxs polis əməkdaşıdır.
Вернуться назад