DataLife Engine > idman > "Qalatasaray"ın futbolçusu Almaniya klubunda

"Qalatasaray"ın futbolçusu Almaniya klubunda


31-05-2017, 09:47. Разместил: heqiqet "Qalatasaray"ın futbolçusu Almaniya klubunda Debüt mövsümündəBundesliqanı 2-ci pillədə başa vuran "Leyptsiq" heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq Almaniya təmsilçisi "Qalatasaray"ın futbolçusu Armindo Brumanı transfer etməyə çoxyaxındı.L'Equipe nəşrinin yazdığına görə leypsiqlilər portuqaliyalı yarımmüdafiəçinin transferi ilə bağlı "sarı-qırmızılar"la razılıq əldə edib.
Bundesliqa klubu 22 yaşlı futbolçunun keçidi üçün "Qalatasaray"a 18 milyon avro ödəməyə razılıq verib. Transferin yaxın günlərdə rəsmiyyətə qovuşacağı gözlənilir.
Bu transfer qarşılığında Brumanın sabiq klubu Lissabon "Sportinq"i də 1,7 milyon avro qazanacaq.
Вернуться назад