Beş ayda BTC ilə 11 milyon tonadək Azərbaycan nefti nəql olunub
5-06-2017, 13:46. Разместил: heqiqet
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub.
Bundan başqa, bu ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.
Вернуться назад