“Məktəblinin dostu” layihəsi iştirakçılarının iqtisadi bilik və bacarıqları artırılır
13-06-2017, 13:57. Разместил: heqiqet
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, Təhsil Nazirliyi ilə Mərkəzi Bankın birgə əməkdaşlığı çərçivəsində reallaşan təlimlərin məqsədi “Məktəblinin dostu” pilot layihəsi iştirakçılarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasıdır.
Ümumilikdə pilot layihənin yüz iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb.
Qruplar üzrə təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlar təşkil edilib.
Təlimlərin yekununda qiymətləndirmə aparılıb. Nəticələrə uyğun olaraq, pilot layihənin iştirakçılarına sertifikatlar təqdim ediləcək.
Вернуться назад