Yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralananlar var
20-06-2017, 10:47. Разместил: heqiqet
Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb.Bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.
Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin məlumata görə, partlayış yeraltı çənə qaz vurulan zaman baş verib.
Вернуться назад