DataLife Engine > dunya > Tramp-Putin görüşü baş tutmayacaq

Tramp-Putin görüşü baş tutmayacaq


22-06-2017, 11:03. Разместил: heqiqet Tramp-Putin görüşü baş tutmayacaq Ağ Ev prezident Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Almaniyada keçiriləcək "Böyük İyirmilik” (G 20) sammiti çərçivəsində mümkün görüşü barədə məlumatı təsdiqləməyib.
"RİA Novosti" xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Lindsi Uolters bildirib.
O, hazırda bu barədə bir söz deyə bilməyəcəyini deyib.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə belə bir görüşün planlaşdırılmadığını bildirib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda prezidentlərin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək sammit zamanı görüşəcəyi deyilirdi.
Вернуться назад