Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, 3 nəfər xəsarət aldı
29-06-2017, 10:18. Разместил: heqiqet
Nəticədə "VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 06:30-da başa çatıb.
***
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Shagman” markalı yük avtomobili ilə "VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ”ın sürücüsü, Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Elmin Bayramov, onun anası, 1960-cı il təvəllüdlü Reyhanə Bayramova aldıqları xəsarətdən ölüblər. B. Bayramovun qardaşı, 1991-ci il təvəllüdlü Mahir Bayramov, yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar.
Xəstəxanaya aparılan şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır.
Вернуться назад