Reanimasiyada olan xalq artistinin həkimi: "Zəmanət verə bilmərik"
5-07-2017, 13:02. Разместил: heqiqet
Bunu xəstənin həkimi Təranə Rüstəmova deyib.
Həkim bildirib ki, xəstə uzun müddətdir onikibarmaq bağırsaq xorasından əziyyət çəkir: “Səhhətindəki bu problemə görə vaxtilə müalicə də alıb. Son 2-3 gün ərzində mədə-bağırsaq qanaması artıb. Xəstəxanaya kəskin qanama ilə gətirilmişdi. Hemoqlobini çox aşağı, 46 % idi. Təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazım idi. Qan vermək üçün gələnlərin sayəsində qan köçürüldü. Amma hələ də ehtiyatda qan olması mütləqdir. Lazım ola bilər”.
Həkimin sözlərinə görə, yenidən qanama baş verərsə, xalq artisti əməliyyata götürülə bilər: “ Hazırda xoranın sakitləşməsini gözləyirik. Yenidən qanama olarsa, əməliyyata götürəcəyik. Qanamanın yenidən olmayacağına isə zəmanət verə bilmərik. Bunu nəzarətdə saxlamaq olmur”.
Вернуться назад