DataLife Engine > hadise > Keçmiş məhkum Bakıda avtomobilləri qəsdən yandırırmış

Keçmiş məhkum Bakıda avtomobilləri qəsdən yandırırmış


9-07-2015, 16:08. Разместил: heqiqet Keçmiş məhkum Bakıda avtomobilləri qəsdən yandırırmış Bakının Qaraçuxur qəsəbəsində avtomobilləri qəsdən yandıran şəxs tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-i PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və “Socar Cape” şirkətinə məxsus avtomobilləri qəsdən yandırmış şəxsin kimliyi bəlli olub.
Məlum olub ki, bu, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşovdur. O, tutularaq istintaqa cəlb edilib.
Вернуться назад