DataLife Engine > dunya > ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb

ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb


21-08-2017, 12:45. Разместил: heqiqet ABŞ-ın hərbi gəmisi tankerlə toqquşub: 10 əsgər itib, 5-i yaralanıb ABŞ donanmasına məxsus "USS John S McCain” adlı hərbi gəmi Sinqapura doğru hərəkət edərkən Malakka Boğazında Liberiyanı "Alnic MC” neft tankeri ilə toqquşub.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, hadisə nəticəsində 10 əsgər itkin düşüb, 5 nəfər yaralanıb.
Hazırda itən şəxslərin axtarışı davam etdirilir. Xilas etmə işlərinə Sinqapur Donanması da qoşulub. Gəmidə 140-dək ekipaj üzvünün olduğu deyilir.
Qeyd edək ki, Malakka Boğazı dünyada dəniz nəqliyyatının ən sıx olduğu ərazilərdən biridir.
Вернуться назад