DataLife Engine > idman > "Beşiktaş" Azərbaycana gəlir

"Beşiktaş" Azərbaycana gəlir


22-08-2017, 13:23. Разместил: heqiqet "Beşiktaş" Azərbaycana gəlir İstanbulun "Beşiktaş" futbol klubu Azərbaycana gələcək.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Beşiktaş" gələn ilin mart ayında milli çempionatlara veriləcək fasilə ilə əlaqədar olaraq Azərbaycanda yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Qeyd olunur ki, ölkəmizdə bir və ya 2 yoldaşlıq görüşü keçirməklə bağlı razılıq əldə olunarsa, "qara qartallar" 3 günlük Azərbaycana gələcək.
Hazırda "Beşiktaş" rəhbərliyinin Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir.
Bundan başqa, İstanbul klubu yaxın vaxtlarda Bakıda idman mağazası açmağı planlaşdırır.
Вернуться назад