DataLife Engine > dunya > ABŞ-da toqquşmalar, 14 nəfər saxlanıldı

ABŞ-da toqquşmalar, 14 nəfər saxlanıldı


28-08-2017, 11:35. Разместил: heqiqet ABŞ-da toqquşmalar, 14 nəfər saxlanıldı ABŞ-ın Berkli şəhərində (Kaliforniya ştatı) sağ və solçu radikal təşkilatların üzvləri arasında toqquşmalar baş verib.
İnsident nəticəsində 14 nəfər saxlanılıb.
Məlumata əsasən, iki qrup etirazçının eyni vaxtda şəhərdə nümayiş keçirməsi toqquşmalarla nəticələnib.
Bundan əvvəl yerli hökumət orqanları zorakılığın qarşısını almaq üçün şəhərin müəyyən yerlərində etiraz aksiyaları keçirməyi qadağan edib.
Xatırladaq ki, avqustun 12-də ABŞ-ın Virciniya ştatının Şarlotsvill şəhərində radikal millətçi, neonasist və irqçi qruplar iğtişaş törədiblər. Nəticədə 1 nəfər ölüb, 19 nəfər yaralanıb.
Вернуться назад