DataLife Engine > iqtisadiyyat > Cəlilabadda abadlıq-quruculuq işləri və çoxmənzilli binaların təmirinə pul ayrıldı

Cəlilabadda abadlıq-quruculuq işləri və çoxmənzilli binaların təmirinə pul ayrıldı


5-09-2017, 12:49. Разместил: heqiqet Cəlilabadda abadlıq-quruculuq işləri və çoxmənzilli binaların təmirinə pul ayrıldı Prezident İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Вернуться назад