DataLife Engine > hadise > Erməni əsirliyindəki Şahbaz Quliyev əməliyyat olunub

Erməni əsirliyindəki Şahbaz Quliyev əməliyyat olunub


27-04-2015, 11:19. Разместил: heqiqet Erməni əsirliyindəki Şahbaz Quliyev əməliyyat olunub
O, öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.

“Kavkazskiy uzel” portalının verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş.Quliyevə baş çəkib. Onlar Ş.Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Вернуться назад