Goranboyda ağır qəza: ölən və yaralanan var
15-07-2015, 11:15. Разместил: heqiqet
Goranboy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “MAN” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və sərnişin - 1962-ci il təvəllüdlü Yeganə İsmayılova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sürücü A. İbrahimov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад