Türkiyədə neft emalı zavodunda partlayış - 4 ölü
11-10-2017, 13:29. Разместил: heqiqet
Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.Partlayışdan sonra güclü yanğın baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Hazırda ərazidə xilasedicilər çalışır. Yanğın söndürülüb. Partlayışın səbəbləri məlum deyil.
Xatırladaq ki, 2016-cı ilin fevralında da bu zavodda güclü yanğın olmuşdu.
Вернуться назад