DataLife Engine > idman > Flavinyo "Neftçi"dən getdi!

Flavinyo "Neftçi"dən getdi!


15-07-2015, 16:43. Разместил: heqiqet Flavinyo "Neftçi"dən getdi! “Neftçi” klubu braziliaylı futbolçu Flavinyo ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.
“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.

Вернуться назад