DataLife Engine > dunya > Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi seçilib

Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi seçilib


25-10-2017, 10:14. Разместил: heqiqet Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi seçilib Oktyabrın 25-də Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin ilk plenumu keçirilib.
Plenumda təşkilatı məsələlərə baxılıb, partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun, Siyasi Büronun Daimi Komitəsinin, habelə Mərkəzi İntizam Komissiyasının yeni tərkibi müəyyən olub. Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən ÇKP-nın baş katibi, həm də Siyasi Büronun Daimi Komitəsinin üzvü seçilib. Bundan başqa, Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan da Siyasi Büronun Daimi Komitəsinin 7 nəfərlik üzvündən biri seçilib.
Qeyd edək ki, oktyabrın 24-də başa çatan ÇKP-nın 19-cu qurultayında partiyanın Mərkəzi Komitəsinin əsas və ehtiyat tərkibi formalaşmışdı.
Вернуться назад