Aygün Kazımova solo-konsert verəcək
22-07-2015, 10:25. Разместил: heqiqet
Xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır. Bu haqda axşam.az-a təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, maraqlı şou hazırladıqlarını vurğulayıb:
“Konsert avqustun 21-də "Mambo" istirahət mərkəzində baş tutacaq. Gecədə ilk olaraq səhnəyə “Latina boys” qrupu çıxacaq. Daha sonra Aygün xanım sevilən mahnılarını səsləndirəcək. Konsertin sonunda isə dicey maraqlı mahnılarla qonaqları əyləndirəcək. Bir neçə dəfə Aygün Kazımova üçün konsert etmişəm. Bu dəfə də müğənniyə təklif etdim, o da razılaşdı”.
Qeyd edək ki, gecəyə biletlərin qiyməti 30 manatdır.
Вернуться назад