DataLife Engine > iqtisadiyyat > Azərbaycanda son 2 ildə 1700 km-dən çox yol tikilib və təmir olunub

Azərbaycanda son 2 ildə 1700 km-dən çox yol tikilib və təmir olunub


16-01-2018, 15:42. Разместил: heqiqet Azərbaycanda son 2 ildə 1700 km-dən çox yol tikilib və təmir olunub 2016-2017-ci illərdə Azərbaycanda 1700 km-dən çox avtomobil yolu tikilib, yenidən qurulub və təmir edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
Qeyd olunub ki, bununla yanaşı, ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhər yollarında 26 yeni körpü və 8 piyada keçidi inşa olunub:
"O cümlədən işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 9 km yol bərpa olunub".
S.Məmmədovun sözlərinə görə, 2004-cü ildən 2018-ci ilin sonunadək tikilən avtomobil yollarının ümumi uzunluğu 15 min km-ə çatacaq ki, bu da yaxşı göstəricidir.
Вернуться назад