Rusiyanın bütün dağ xizəkçiləri Olimpiadanın ilkin siyahısına salınıb
23-01-2018, 17:19. Разместил: heqiqet
Rusiya Dağ-Xizək İdmanı və Snoubord Federasiyasının prezidenti Leonid Melnikov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) həmin idmançılara, o cümlədən Dünya Kubokunun qalibi Aleksandr Xoroşilova dəvətnamə verməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti Stanislav Pozdnyakov BOK-un bir sıra rusiyalı idmançıların, o cümlədən biatlon üzrə Olimpiya çempionu Anton Şipulin, xizəkçi Sergey Ustyuqov və şort-trek üzrə 6 qat Olimpiya çempionu Viktor Anın Olimpiadaya buraxılmaması barədə qərar qəbul etdiyini bildirmişdi.
Xatırladaq ki, Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.
Вернуться назад