DataLife Engine > maraqli > Dəhşətli fəlakətin anonsu verildi - Bəşəriyyətin qara günlər başladı

Dəhşətli fəlakətin anonsu verildi - Bəşəriyyətin qara günlər başladı


9-02-2018, 10:26. Разместил: heqiqet Dəhşətli fəlakətin anonsu verildi - Bəşəriyyətin qara günlər başladı Fransa alimləri: Bəşəriyyətin qara günlər başlayıb
Fransa alimləri Adrian Mark və Jan-Fransua Tussen insanlığın öz bioloji limitinə çatdığını iddia edir. Bizim Yol xəbər verir ki, bu haqda Slate.fr (Fransa) yazıb. Məqalədə yazılır ki, bu haqda iki – qarşı duran konsepsiya var. Bir konsepsiyaya görə, insanlıq daim inkişafdadır. Ancaq Fransız alimləri bununla razılaşmır. Onlar iddia edir ki, son 20 ildə bəşəriyyət imkanlarının maksimum həddinə yaxınlaşır, yəni bioloji limitini doldurmağa yaxındır.
Tussen və Mmark iddia edirlər ki, 20-ci yüzildə insan inkişafı sürıtlə gedib. 1897-ci ildən 1997-ci ilədək -100 ildə maksimal ömür uzunluğu 110 ildən 122 ilə qədər yüksəldi. Bu dövrdə dünyanın bütün ölkələrində insanların orta boy ölçüsü 8 sm artıb. İdman rekordları daim qırılırdı – 100 metr məsafəyə qaçış müddəti 11 saniyədən 9,58 saniyəyə düşüb. Ancaq çağdaş durum bədbin conuclar verir – son iki onillikdə heç kəs uzunömürlülüyün maksimum həddinə çatmayıb. Son göstəricilər 115 yaşla 120 yaş arasında dəyişir.
Alimlər bunu Planetdə baş verən neqativ dəyişmələrlə bağlayır. Araşdırmaların irəli sürdüyü başlıca tutarqa (arqument) Yer kürəsində resursların tükənməsi, bioloji müxtəlifliyin azalması, qlobal istiləşmə, Dünya Okeanının səviyyəsinin artması kimi hallardır. Alimlər bütün dünyada insanların boyunun azaldığını fakt olaraq ortaya qoyur. Fransız alimlərinin bu araşdırmalar göstərir ki, insanlıq bioloji baxımdan sıradan çıxmağa doğru gedir.
Вернуться назад