DataLife Engine > hadise > “Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı

“Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı


6-04-2018, 13:45. Разместил: heqiqet “Sədərək” ticarət mərkəzindən oğurluq edən şəxs saxlanıldı Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs yaxalanıb.
DİN-dən verilən məlumata görə, aprelin 4-də “Sədərək” ticarət mərkəzində mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад