Nərimanovda 5 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
19-04-2018, 12:27. Разместил: heqiqet
DİN-dən verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Вернуться назад