Qırğızıstan FHN dağıdıcı zəlzələ barədə xəbərdarlıq etdi
4-08-2015, 16:20. Разместил: heqiqet
Heqiqet.azin RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu proqnoz FHN-in rəsmi saytında yerləşdirilib.
Qırğızıstan Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun proqnozuna əsasən, Tacikistan və Çin ilə sərhəd ərazilər - Batkent və Oş vilayətləri ən təhlükəli zonalardır.
Zəlzələnin baş vermə ehtimalına görə ikinci yerdə şimali Tyan-Şan, xüsusilə də İssık-Kul vilayəti gəlir.
Qırğızıstan FHN, həmçinin avqust ayında respublika ərazisində havanın kəskin dəyişməsi ilə əlaqədar təbii ekzogen proseslərin aktivləşməsinin gözlənilməsi barədə xəbərdarlıq edib.
Вернуться назад