Tramp Əliyevə məktub yazdı: "Sizinlə işləmək əzmindəyəm"
27-04-2018, 15:10. Разместил: heqiqet
"Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.
Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
Səmimiyyətlə,
Donald Tramp
Amerika Birləşmiş Ştatlarının Prezidenti"
Вернуться назад